“M&S”,daha rahat alış-veriş etmək üçün Mobile, Pay və Go xidmətlərini istifadəyə verəcək.
Britaniyanın Marks və Spencer markası bu gün, Miladdan öncə Londonun altı mağazasında istifadə edilə biləcək Mobile, Pay, Go ödəniş xidmətinin təqdimatını keçirib. Tətbiq müştərilərə alış-veriş etmələrinə və ödənişi cib telefonları vasitəsi ödəməyə imkan yaradacaq. Şirkətin sözlərinə görə, bu texnologiya insanlara növbədə vaxt sərf etmədən sürətlə alış-veriş etməyə imkan verəcək. Məsələn, tam bir yeməyi 40 saniyə içində satın alınmaq olar.
Müştərilər sadəcə Marks və Spencer tətbiqini açır, məhsulları skan edirlər sonra Apple Pay istifadə edərək öz iPhone-larından və ya M & S.com hesabı ilə əlaqəli bir kart vasitəsi ilə ödəyirlər.
Belə bir tətbiq nahar vaxtı xüsusilə aktual olur: Waterside Simply Food’da əməliyyatların 60% -i 12:00 və 14:00 arasında baş verir.
Marks və Spencerin sözçüsü Sasha Berenji, belə bir tətbiqin faydaları haqqında danışıb: «Müştərilərimiz – xüsusilə yemək üçün bizə gələnlərdir – onlar o qədər məşğul olurlar ki, alışları sürətləndirə biləcək hər hansı yol onlar üçün böyük bir faydadır»