“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Borcalanlar və əlaqəli tərəflərlə telefon əlaqələri, öhdəliklərin ödənilməsi və ya yenidən qurulması məqsədilə danışıqlar aparmaq;
- Problemli kreditlərin idarə olunmasına aid ödənişləri təmin etmək üçün məhkəmə icraatını asanlaşdırmaq;
- Kredit portfelinin idarə edilməsi və intensiv monitorinq;
- Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
- İş yeri: Bakı şəhəri;
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
- Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək;
- Tətbiq olunan funksiyaları yerinə yetirmək üçün yüksək məsuliyyət hissi;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
- Etibarlı sürücülük vəsiqəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected]elektron ünvanınaSubject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor – Bakı)qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.