20 C
Baku
Tuesday, April 30, 2024

Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis – Azər-Türk Bank

Vəzifə öhdəlikləri:

  • Müxtəlif seqmentlərə aid korporativ müştərilərin Banka cəlb edilməsi;
  • Kompleks bank məhsul və xidmətlərinin müştərilərə təklifini təşkil etmək, çarpaz satışların həyata keçirmək;
  • Xidmət strukturları ilə birgə Korporativ müştərilərə Bank xidmətlərinin yüksək səviyyədə göstərilməsini və ümumi prosesləri nəzarətdə saxlamaq;
  • Kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq;
  • Hər bir müştəri seqmenti üçün müvafiq şərti maliyyələşmə limitlərinin müəyyən edilməsi, təklif ediləcək xidmət və məhsulların, tariflərin strukturlaşdırılması və risk səviyyəsi meyarları üzrə ilkin qiymətləndirilməsi üçün KYC (Öz Müştərini Tanı) prosedurlarının tətbiq üzrə təkliflər vermək;
  • Müştərilərə xidmət strukturlarında korporativ satış fəaliyyətini koordinasiya etmək;
  • Korporativ müştərilər üçün məhsulların hazırlanması prosesində iştirak etmək;
  • Satış hədəflərinin planlaşdırılması və satış dinamikasının təhlilini aparmaq;
  • Maliyyələşdirmə üzrə müştərinin tələblərinə uyğun strukturlaşdırmanı həyata keçirmək;
  • Satış göstəricilərinə müntəzəm olaraq nəzarət etmək və monitorinqini həyata keçirmək;
  • Satış hədəflərinə nail olmaq məqsədilə müvafiq tədbirlər görmək;
  • Korporativ müştərilərin Bank vasitəsilə həyata keçirdiyi əməliyyatları analiz etmək və hesabatlılığını aparmaq.

Namizədə dair tələblər

  • Ali təhsil
  • Korporativ müştərilərlə iş təcrübəsi;
  • Bütün kateqoriyalı müştərilər ilə effektiv əlaqələr qurmaq və qorumaq bacarığı;
  • Biznes münasibətlərini genişləndirmək və təkmilləşdirmək bacarığı;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • “MS Office” proqramlarından mükəmməl istifadə bacarığı;
  • Maliyyə və kredit analizi bilikləri;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır.

Aşağıdağıda qeyd olunan vasitələrdən istifadə edərək

  • http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq
  • CV-ləri [email protected] poçt ünvanına göndərərək
  • Mövzu hissəsində “KORPORATİV SATIŞ MÜTƏXƏSSİSİ” qeyd edərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər 30.10.2018-ci ilədək göndərilməlidir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər