Rusiyadan Ermənistana xəbərdarlıq: “Şirkətlərimizin maraqlarının pozulmasını cavabsız qoymayacağıq”

Rusiya Ermənistanda öz iqtisadi operatorlarının maraqlarına riayət olunmasını diqqətlə izləyir.

Bunu xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, qayda pozuntusu təkcə Ermənistan Respublikasının investisiya mühitinə zərər vurmayacaq, həm də Rusiya tərəfindən reaksiyasız qalmayacaq.

“Ermənistan tərəfi ilə təmaslarda mütəmadi olaraq Ermənistanda Rusiya biznesinin fəaliyyət şərtləri mövzusunu qaldırırıq. Müxtəlif səviyyələrdə bizi əmin edirdilər ki, investisiyalarımıza heç nə təhdid yaratmır. Ancaq gördüyümüz kimi, bu bəyanatlar reallıqla heç də tam üst-üstə düşmür. Getdikcə daha çox ekspert bu fikirlə həmrəy olur, respublikada siyasi motivlərlə “mülkiyyətin yenidən bölüşdürülməsi” əlamətləri müşahidə edilir”, – Qaluzin deyib.

Nazir müavini nümunə olaraq iş adamı Samvel Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin davam edən milliləşdirilməsini göstərib.

Bundan əlavə, Qaluzin vurğulayıb ki, Rusiya tərəfi Ermənistan rəhbərliyinin “YUKJD” QSC-nin – “RJD” ASC-nin törəmə müəssisəsinin – Ermənistan dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyasının hansısa üçüncü ölkəyə satılması zərurəti haqqında bəyanatlarını bütün ciddiyyəti ilə qəbul edir.

XİN-in məlumatına görə, “YUKJD” QSC-nin 2008-ci ildən yatırımları təxminən 388 milyon dollar, vergi ödənişləri – təxminən 194 milyon dollar təşkil edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər