13 C
Baku
Saturday, November 23, 2024

BƏƏ-də nikah müqavilələrini artıq planşet vasitəsilə qeydiyyatdan keçirirlər

Əbu-Dabinin məhkəmə departamenti (ADJD) nikah müqavilələrinin iPad planşetdə mobil əlavəsi vasitəsilə qeydiyyatdan keçirilməsinin mümkün olduğunu açıqlayıb.

Banker.az bildirir ki, xüsusi əlavə işə salınandan sonra vətəndaşların nikah müqavilələrinin rəsmiləşdirilməsi üçün əmirliyin məhkəmələrinə getməyə ehtiyac qalmayacaq, çünki məhkəmə əməkdaşları sənədi mobil əlavə vasitəsilə qeydiyyatdan keçirəcək.

“Agıllı” adlanan bu servis bütün lazımi sənədləri qeyd edir və məhkəmənın elektron sistemi şöbəsinə qoşulmuş qurğunun köməyi ilə müqavilənin verilməsini təmin edir.

© AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər