26 C
Baku
Tuesday, April 30, 2024

Milyarder – futbol klubu sahibi helikopter qəzasında ölüb

İngiltərə Premyer Liqasında çıxış edən “Lester Siti” futbol klubunun sahibi Vişay Şrivaddanaprabha helikopter qəzası nəticəsində ölüb.

Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, helikopter idarəetməni itirib və “Kinq Pauer” stadionu yaxınlığında qəzaya uğrayıb.

Klub nümayəndələri tərəfindən hadisə ilə bağlı hələ ki, heç bir rəsmi münasibət bildirilməyib.

Vişay Şrivaddanaprabha “King Power Duty Free” gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə “Lester Siti” klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.

FIFA İngiltərənin “Lester” klubunun prezidenti Vişay Şrivaddanaprabhanın ölümü ilə əlaqədar kluba başsağlığı verib.

Qurum başsağlığı məktubunu rəsmi “Twitter” hesabı vasitəsilə paylaşıb. Mətndə FIFA-nın prezidenti Canni İnfantino hadisə zamanı həyatını itirən şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verməsi əksini tapıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər