18 C
Baku
Tuesday, April 30, 2024

“Apple” və “Facebook”un səhmləri ucuzlaşıb

ABŞ-ın “The Wall Street Journal” nəşrinin informasiya texnologiyaları nəhəngləri sayılan “Apple” və “Facebook” haqqında yazdıqları adı çəkilən şirkətlərin səhmlərinin dəyərdən düşməsi ilə nəticələnib.

Banker.az bu barədə Report-a istinadən xəbər verir.

Məlumata görə, “Apple”ın bazar dəyəri 3,5%, “Facebook”un bazar dəyəri isə 5,4% azalıb.

Xatırladaq ki, “The Wall Street Journal” “Facebook”un istifadəçilərin təhlükəsizliyinə laqeyd yanaşmaqda ittiham etmişdi, “Apple”ın isə tələbatın aşağı olması ilə əlaqədar yeni “iPhone”ların istehsalının azaltdığını iddia etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər