Azərbaycanda demoqrafik vəziyət. Boşanmaların sayı artıb, nikahların sayı azalıb

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 69,645 min nəfər artıb. Bu barədə Banker.az Dövlət Statistika Komitəsindən məlumat verilib.

Noyabr ayının 1-nə respublika əhalisinin sayı 9 mln. 967,73 min nəfər təşkil edir.

Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 115 nəfərdir.

Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.

Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1005 min qadın düşür.

Yanvar-oktyabr aylarında ölkə üzrə 116,365 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Doğulan körpələrin 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 2,236 mini əkiz, 96-sı isə üçəm doğulanlardır.

Qeyd olunan dövrdə 48,186 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,9 təşkil edib.

10 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 50,822 min nikah (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 2,3% – İF) və 12,396 min boşanma halı qeydə alınıb (artım 1,7% – İF).

Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,826 min nəfər gələn və 1,36 min nəfər ölkədən gedən qeydə alınıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər