1 C
Baku
Saturday, December 14, 2024

Çinlilər bunu da bacardı – Misdən qızıl ala bildilər

Dalian İnstitutundan olan çinli alimlər, adi misdən qızıl alınmasına nail oldular, Sputnik yazır.

Təcrübədə alimlər qızıl və gümüşə “demək olar ki, identik olan bir metal” əldə edə biliblər. Nəticədə, alınmış bu maddə kömürdən spirt istehsal edən reaksiyanın katalizatoru kimi istifadə oluna bilər. Qeyd edək ki, yalnız qızıl kimi qiymətli metallar bu keyfiyyətə malikdirlər. Tədqiqatçılar bir mis parçasını isti və elektriklə doldurulmuş arqon qazının təsirinə məruz qoydular. Nəticədə, mis atomları dolur və onların elektronları daha sıx və sabit olurlar.

Qeyd edildiyi kimi, yeni maddə eroziya, oksidləşmə və yüksək temperatura qarşı müqavimət baxımından qızılla oxşardır. Lakin, onun sıxlığı misdəki kimi, yəni qızıldan daha yüngül olaraq qalmaqdadır. Bu baxımdan bu “qızıl” saxtakarlıqlar tərəfindən istifadə oluna bilməz.

 Alimlərin fikrincə, ucuz mis əsasında hazırlanan yeni material, qiymətli qızıl və gümüşü elektron qurğular istehsalında əvəz edə bilər.

 

Son xəbərlər
Digər xəbərlər