Belarusda ilk “kiber ordu” yaradıldı

Belarusda ilk informasiya texnologiyaları bölüyü yaradılıb.

Banker.az mənbəyə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bölüyün yaradılmasında məqsəd informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin intellektual potensialından maksimum dərəcədə yararlanmaqla silahlı qüvvələrin hazırlıq səviyyəsinin səmərəliliyini daha yaxşılaşdırmaqdır”, – deyə idarənin saytında bildirilir.

Qeyd olunur ki, bölükdə ümumilikdə 40 nəfər var. Onların vəzifəsi bilavasitə proqramlaşdırma ilə bağlı olacaq.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər