10 C
Baku
Thursday, December 12, 2024

Çində ‘Huawei’in maliyyə direktorunun həbsindən sonra 13 kanadalı saxlanılıb

Çində dekabrın 1-i “Huawei”in maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən bu günə kimi 13 Kanada vətəndaşı saxlanılıb.

Banker.az Report İ.A-ya istinadən xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin mətbuat katibi çoxlu sayda ölkə vətəndaşının Çində saxlanılması faktını təsdiq edib.

“Kanadanın Xarici İşlər Nazirliyinə 1 dekabr 2018-ci il tarixindən Çində (Honkonq istisna olmaqla) 13 kanadalının saxlanıldığı məlumdur. Onlardan azı 8-nin azad olunduğunu təsdiq edə bilərik”, – deyə mətbuat katibinin məlumatında bildirilir.

Qeyd olunur ki, bunadək ictimaiyyət yalnız 3 nəfərin həbsindən xəbərdar idi.

Son xəbərlər
Digər xəbərlər