“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imatahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqənin keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq il ərzində davamlı olaraq həyata keçiriləcək.
Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyin məlumatında deyilir.
Müsabiqədə iştirak etmək üçün namizdələrə verilən tələblər
- Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
- Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
- Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
- Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
- Hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər.
Üstünlük verilən namizədlər
- Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
- Xarici dillərin birini sərbəst bilənlər.
Tələb olunan sənədlər
- Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
- Sağlamlıq haqqında tibbi arayış;
- Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
- Məhkumluğun olmaması barədə arayışın surəti;
- Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti;
- Əmək kitabçasının surəti;
- Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri;
- Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.
Müsabiqədə iştirak haqqında məlumat:
- Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.
- Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
- üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər; (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
- müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
- Dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
- Yaşı 50-dən yuxarı olan vətəndaşlar.