Prezident İlham Əliyev Mətin Eynullayevə xüsusi rütbə verilməsinə dair sərəncam imzalayıb.
Banker.az bildirir ki, bu sərəncam ötən ayın son günü imzalanıb.
“Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.”
Qeyd edək ki, M. Eynullayev ölkə başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. O bundan öncə təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Mikayıl Cabbarovun vergi naziri təyinatından sonra o, da Vergilər Nazirliyində çalışmağa başlayıb.