Biznes –analitik (mütəxəssis)
Namizədə tələblər
• Yaş həddi : 22-30
• Təhsil: Ali
• İş təcrübəsi:ən azı 3 il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( arzuolunandır )
• Microsoft Office ( Word, Excel, Visio, Power Point proqramları)
Vəzifə öhdəlikləri
• Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq
• Lahiyə öncəsi sifarişçinin tələblərinin müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq
• Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək
• Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək
• Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
• Proqram təminatını işləyib hazırlamaq, testdən keçirmək və tətbiqi zamanı sifarişçi ilə daima əlaqə saxlamaq
• İşlədiyi departamentin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 700 AZN
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Biznes –analitik ” qeyd etmələri xahiş olunur.