İnformasiya təhlükəsizliyi üzrə inzibatçı
Vəzifə öhdəlikləri:
Kənar təhlükələrin və boşluqların, o cümlədən korporativ sistemlərin boşluqların təhlili və onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması;
Bank əməkdaşlarının məlumat-hesablama resurslarına girişinin, səlahiyyətsiz giriş cəhdlərinin, informasiya mühafizəsi sistemlərinin və məlumatlandırma obyektlərinin vəziyyətinin monitorinqi (o cümlədən, instrumental vasitələrdən istifadə etməklə);
İnternet şəbəkəsi və elektron poçt sisteminin trafikinin monitorinqi və təhlili
İnformasiya təhlükəsizliyi sisteminin monitorinqi və mühafizə tədbirlərinə nəzarət;
Bankın serverlərin log-fayllarının və Bankın aktiv şəbəkə avadanlıqlarının təhlili;
İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasınına dair yoxlamaların həyata keçirilməsi;
İnformasiya təhlükəsizliyi ilə əlaqədar insidentlərin araşdırılmasında iştirak etmək;
Bankın struktur bölmələrində informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının yoxlanmasında iştirak etmək;
Bank əməkdaşlarının tədrisində və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri ilə əlaqədar təlimatlandırılmasında iştirak etmək.
Namizədlərə dair irəli sürülən tələblər:
İnformasiya təhlükəsiyi / İnformasiya texnologiyaları sahəsində ali təhsil;
İnformasiya təhlükəsizliyi sahəsində 2 ilədək iş təcrübəsi;
Azərbaycan dili biliyi;
İngilis və rus dilləri biliyi (informasiya texnologiyaları və informasiya təhlükəsizliyi xətləri üzrə texniki sənədlərin oxunması üçün kafi həcmdə);
Məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, səliqəlilik, mükəmməl ünsiyyət qabiliyyəti;
Müstəqil işləmək bacarığı;
Öz biliklərini təkmilləşdirməyə və yeni vərdişlərə yiyələnməyə həvəs göstərmək;
Kompüter şəbəkələrinin, TCP/IP protokollarının, şəbəkələrarası ekranların, IPS, SIEM, DLP iş prinsiplərini bilmək;
MS Windows əməliyyat sistemininiş prinsiplərini, funksional imkanlarını və məhdudiyyətlərini bilmək və başa düşmək ( *nix əməliyyat sistemləriylə ilə iş təcrübəsinə üstünlük verilir);
Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair mütəxəssis bilikləri;
Mühafizənin təhlili və boşluqları təsbit edən şəbəkə skanerlərindən istifadə təcrübəsi (Qualys,Nessus, Max Patrol);
Web-application təhlükəsizliyin təmin edilməsinin əsaslarına dair biliklər. Web Application Firewall konfiqurasiyası təcrübəsi;
Standart təhlükəsizlik insidentlərini yaxşı bilmək və SIEM -də tətbiq üçün onların parametrlərini müəyyən etmək. SIEM ilə iş təcrübəsinə üstünlük verilir.
VMware virtuallaşdırma platformasını bilmək və onun təhlükəsizliyini təmin etmək;
Cisco, Palo Alto, F5 BIG-IP şəbəkə avadanlıqlarına dair biliklərə üstünlük verilir.
İnformasiya təhlükəsizliyi sahəsində şəhadətnamələrə malik olması namizədin seçilməsində onun xeyrinə olacaq.
Maraqlanan şəxslər öz CV formalarını [email protected]elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.