Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer(1 Vakant yer. Namizədin təcrubə və biliklərinən asılı olaraq vəzifənin dərəcəsi təyin olunacaq)
Əsas vəzifələri
Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi.
Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək Əməyin mühafizəsi xidmətinin funksiyaları
İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi.
Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının keçirilməsi.
İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədən kənar təlimat keçmək.
Təlimat jurnallarının imzalanmasına nəzarət.
Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
Əməyin mühafizəsinə dair İllik Tədbirlər planının yerinə yetirilməsinə nəzarət.
Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil etmək.
Əməyin mühafizəsi işçilərinin gündəlik işlərinə nəzarət.
Əməyin mühafizəsi işçilərinin effektiv işinin qiymətləndirilməsi meyarlarının tərtib olunması.
Əməyin mühafizəsi işçilərinə verilmiş tapşırıqların icrasına nəzarət.
İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət.
Daxili qrafikə uyğun, baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq.
Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət.
Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək.
İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.
İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət.
İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.