11 C
Baku
Tuesday, November 26, 2024

Milli Depozit Mərkəzində vakansiyalar

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi vakansiyalar elan edir.

1.Biznesin inkişafı şöbəsi

 

Vəzifəyə olan tələblər:

-Ali təhsil (iqtisadiyyat və ya idarəetmə üzrə);

-Maliyyə bazarları sahəsində strateji araşdırmalar və tədqiqatlar üzrə iş təcrübəsi;

-Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı;

-Ofis proqramlarında işləmə bacarığı;

-Kollektivdə ünsiyyət qurmaq bacarığı.

 

Vəzifə öhdəlikləri:

-Qiymətli kağızlar bazarı üzrə təcrübələrin araşdırılması və müvafiq inkişaf xarakterli təkliflərin hazırlanması;

-Təşkilatın inkişaf strategiyası layihəsinin hazırlanması;

-Fond bazarında fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar ilə işgüzar əlaqələrin yaradılması;

-Təşkilatın fəaliyyətinin analitik təhlili, analitik və dövri statistik hesabatların tərtib edilməsi;

-Təşkilatın ictimaiyyətlə əlaqələrinin idarə edilməsi və KİV-də təşkilatı fəaliyyətin işıqlandırılmasının təmin edilməsi ;

-Təşkilatın fəaliyyətinə dair dövrü analitik məqalə və təqdimatların hazırlanması;

 

CV ilə [email protected] ünvanına müraciət olunmalıdır.


 

2.Risklərin idarə edilməsi Şöbəsi

 

Vəzifəyə olan tələblər:

– Ali təhsil;

– Risk menecment, komplayns və ya audit sahəsində iş təcrübəsi;

– Mülki Məcəllə, Vergi məcəlləsi, Qiymətli kağızlar bazarı, Maliyyə monitorinqi,

mühasibatlıq üzrə müvafiq qanunvericilikdən məlumatlı olmaq;

– Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı;

– Ofis proqramlarında işləmə bacarığı;

– Kollektivdə ünsiyyət qurmaq bacarığı.

 

Vəzifə Öhdəlikləri:

 

– Qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə risk amillərinin müəyyən edilməsi və bu amillər üzrə dövrü yoxlamaların aparılması;

– Yoxlamalar zamanı aşkar edilmiş şübhəli əməliyyatlar üzrə hesabatların hazırlanması, nöqsan və çatışmazlıq barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;

– Risklərin müəyyənləşdirilməsi məqsədilə təsnifləşdirilməsi, risk xəritəsinin

tərtib edilməsi və aşkar edilmiş risklərin reyestrinin aparılması;

– Təşkilat daxilində aparılan hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyələrin verilməsi;

‒ Dövlətlər və müştərilər üzrə risk seqmentlərinin ayrılmasına dair təlimatın hazırlanması;

CV ilə [email protected] ünvanına müraciət olunmalıdır.

Son xəbərlər
Digər xəbərlər