Səudiyyə Ərəbistanı və Dünya iqtisadi Forumu (DİF) müxtəlif sahələrdə, o cümlədən Krallıqda Dördüncü Sənaye İnqilabı üzrə Forum Mərkəzinin yaradılması və qlobal əhəmiyyət kəsb edən digər sahələrdə əməkdaşlığın əsaslarını yaradacaqlar.
Banker.az azertac.az-a istinadla məlumat verir ki, İsveçrənin Davos şəhərində Səudiyyə Ərəbistanı və DİF arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. Bu sənəd Forumun müxtəlif proqram və təşəbbüsləri çərçivəsində Səudiyyə Ərəbistanının transformasiyası prosesini dəstəkləməklə, Krallıq və DİF arasında tərəfdaşlıq münasibətlərini gücləndirəcək. Memorandum Dünya İqtisadi Forumu tərəfindən idarə olunan Sənaye İnqilabı Mərkəzi ilə tərəfdaşlığa, o cümlədən Səudiyyə Ərəbistanında Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması məsələsinə həsr olunub.
Sənəd dövləti və fərdi tərəfdaşlıq sahəsində, habelə mühüm təşəbbüslərdə, o cümlədən energetika, səhiyyə, maliyyə və valyuta sistemlərinin gələcəyinə istiqamətlənmiş təşəbbüslərdə və digər sahələrdə əməkdaşlığı nəzər tutur.
Səudiyyə Ərəbistanının xarici işlər naziri və Beynəlxalq Strateji Tərəfdaşlıq Mərkəzinin Direktorlar Şurasının üzvü İbrahim əl-Əssaf bildirib ki, onun ölkəsi Dördüncü Sənaye İnqilabından sonra insanların həyat tərzini dəyişdirəcək, habelə mühüm tərəfdaşlıq münasibətləri sayəsində öz qlobal rəqabət qabiliyyətini təmin etmək üçün bu inqilabın çoxsaylı üstünlüklərindən faydalanacaq.






