10 C
Baku
Thursday, December 12, 2024

Manatla orta faiz dərəcələri artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin dekabr ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

AMB-nin saytına istinadən, dekabrda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,58%, xarici valyuta ilə 2,33% təşkil edib.

Noyabr ayı ilə dekabr ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,39 faiz bəndi artıb, xarici valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,1 faiz bəndi azalıb.

Dekabr ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 5,53%, xarici valyutada isə 1,43%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10,01%, xarici valyutada isə 2,66% olub.

2018-ci ilin dekabr ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 14,24%, xarici valyuta ilə 8,06% təşkil edib. Noyabr ayı ilə dekabr ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,07 faiz bəndi artıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 0,5% azalıb.

Dekabr ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 17,11% xarici valyutada 14,67% olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 9,30%, xarici valyutada 6,13% təşkil edib.

Report

Son xəbərlər
Digər xəbərlər