Azərbaycan Prezidenti Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Banker.az bu barədə Prezidentin rəsmi saytına istinad edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin edilməsi; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirlməsi tapşırılıb.