2019-cu ilin yanvar ayında nəqliyyat sektorunda 145,47 min sərnişin daşınıb. Ötən il isə 143,701 min sərnişin nəqliyyat sektorundan istifadə edib. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatdan istifadə edənlərin sayı 1,2 % artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.
Bu il metrodan istifadə edən sərnişinlərin sayı 18,571 min nəfər olub. Qeyd edək ki, 2018- ci ildə isə metrodan istifadə edən sərnişinlərin sayı isə 18,604 min nəfərə çatmışdır. Belə qənaətə gəlmək olar ki, 2019-cu ilin statistikasına görə, metrodan istifadə edən sərnişinlərin sayı azalıb.
Sərnişinlərin istifadə etdiyi digər bir nəqliyyat sektoru isə avtobuslardır. Bildirək ki, 2019-cu ildə avtobusa üstünlük verən sərnişinlərin sayı 121,93 min nəfər olub. Ötən il isə bu göstərici 120,247 min nəfər qeydə alınıb. 2018-ci ilin müvaqif ayı ilə müqayisədə deyə bilərik ki, bu il nəqliyyat sektorunda avtobusdan istifadə edənlərin sayı 1,4 % artıb.
Həmçinin verilən statistikaya görə, avtomobildən istifadə edənlərin sayı 2018-ci ilə nisbətən 1,4 % artıb. Əgər 2019-cu ildə 126,49 min nəfər avtomobildən istifadə edirdisə, ötən il isə 124,712 min nəfər istifadə edib.