Azərbaycan Respublikası ərazisində 2019-cu ilin yanvarın 1-də dövlət sektorunda çalışanlarım orta aylıq əməkhaqqı 435,2 manat təşkil edib. Bu ötən ilin müvafiq dövründə 396,2 manat təşkil edirdi ki, bu il 9% artımın olması deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.
Məlumata görə, ən çox artım qeydə alınan “digər xidmət sahələri” kimi qeydə alınan sahələri əhatə edir ki, burada da 20%-dən çox illik artım var. Digər artım isə təhsil sektorunu əhatə edir. Burada ötən ilin yanvarın 1-də 319 manat alan şəxslər bu il 361,2 manat ortalama əməkhaqqı alıblar. Bu illik 12% artımın olması deməkdir.
Azalmanın ən çox müşahidə edildiyi sahə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi gəlir ki, burada dövlət sektorunda çalışanların əməkhaqları 5% azalaraq ortalama 264 manata düşüb.
Sondan ikinci pilləni isə maliyyə sektoru 2% ilə tutur. Bu şəxlərin əmək haqları ölkə üzrə ən böyük rəqəmdə olsa da bu il azalaraq 1 436,7 manata düşüb.