24 C
Baku
Sunday, September 29, 2024

“Facebook” bütün platformalarına mesajların şifrlənməsi funksiyasını əlavə edir

Facebook-un icraçı direktoru olan Mark Zuckerberq, şirkətin bütün platformalarına “end-to-end encryption” şifrləmə funksiyasını əlavə etmək niyyətində olduğunu açıqlayıb.

“Biz WhatsApp-da tərtib etdiyimiz təhlükəsizlik sistemini Facebook-da da tətbiq etməyi planlayırıq: mesajları mümkün qədər təhlükəsiz etmək və insanların zənglər, videolar vasitəsilə qarşılıqlı əlaqə yaratmaq üçün daha çox imkanlar yaratmaqdır.

Şirkət rəhbəri qeyd edib ki, şifrli mesajların ötürülməsi üçün sistemlərin yaradılması üzrə işlər artıq başlamış və 2019-cu ildə davam etdiriləcək.  

Zuckerberg, bir çox istifadəçinin SMS mesajlarını göndərmək və qəbul etmək üçün Android əməliyyat sistemindəki orijinal Messenger tətbiqindən istifadə etdiyini vurğulayıb. Lakin, bu mesajlar şifrlənmir, çünki SMS protokolu şifrlənməni dəstəkləmir.

“End-to-end encryption” şifrləməsi – məlumatların ötürülməsinin üsullarından biridir, haradakı kriptoqrafiya açarlarının üçüncü tərəflərin əlinə düşmək ehtimalı tamamilə aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər