Çin “Boeing”lərin istifadəsinə qadağa qoydu

Çin səlahiyyətliləri, Efiopiyada baş verən qəzadan sonra Boeing 737 Max 8 təyyarələrinin istifadəsinə müvəqqəti qadağa qoydu. Banker.az xəbər verir ki, bu barədə Çinin mülki aviasiya administrasiyasının saytında məlumat verilib.

” Bu cür tədbirlər Çinin hava yollarının təhlükəsizliyini təmin etmək üçün görülür”, – mesajda deyilir.

Qeyd olunduğu kimi, bu tədbirlər xüsusi xəbərdarlıqdan sonra ləğv olunacaq.

Daha əvvəl bildirilmişdi ki, Boeing Efiopiyada baş verən qəzaya görə yeni təyyarənin təqdimatını ləğv edib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər