23 C
Baku
Sunday, September 29, 2024

“Huawei” 2 ağıllı saat təqdim edəcək

“Huawei” ötən il Londonda təşkil etdiyi tədbirdə ağıllı saatı “Huawei Watch GT”ni tanıtmışdı.

 “WinFuture” tərəfindən dərc olunan hesabata görə, 26 mart tarixində yeni flaqman smartfonlarını təqdim edəcək olan “Huawei” eyni zamanda “Watch GT”in yenilənmiş versiyalarını da tanıdacaq. Belə ki, yeni ağıllı saatların “Watch GT Active” və “Watch GT Elegant” olaraq adlandırılacağı bildirilir.

Məlumata əsasən, hər iki ağıllı saat “Watch GT”yə oxşar 1,39 düymlük OLED ekrana sahib olacaq. Əməliyyat sistemi olaraq isə “Wear Osan”ın əksinə “Huawei”nin öz əməliyyat sistemindən istifadə olunacaq. Hər iki ağıllı saatın enerji saxlama müddəti “Watch GT” ilə müqayisədə daha uzun olacaq.

Qeyd edək ki, “GT Active” təxminən 280 dollara, “GT Elegant” isə 257 dollara təqdim olunacaq.

MənbəFinans.az
Son xəbərlər
Digər xəbərlər