10 C
Baku
Tuesday, October 29, 2024

DSMF-in nəzdində xidmət göstərən mərkəzin işçilərinin say həddi müəyyən olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov imzalayıb.

 DSMF-in nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu” təsdiq edilib və bu aşağıdakı kimi müəyyən olunacaq:


1. İnzibati idarəetmə heyəti.

2. Sosial reabilitasiyanın təşkili şöbəsi.

3. Təsərrüfat və xidmət şöbəsi.

Müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi isə 42 vahid müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər