12 C
Baku
Tuesday, May 7, 2024

Baş nazir sərəncam imzaladı – Akif Əli təqaüdə göndərilir

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. 

Bu barədə Banker.az  Fed.az-a eksklüziv olaraq Akif Əliyə yaxın mənbə bildirib. 

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif Əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər