9 C
Baku
Friday, December 13, 2024

Türkiyəyə Çindən gələn “məktublar” vergidən yayınma vasitəsi kimi qiymətləndirilib

2018-ci ildə Türkiyə Cümhuriyyətinə poçt vasitəsilə məktub statusunda 60 milyon ticarət məqsədli məhsul daxil olub ki, bunların da təxminən 26 milyonu Çinə aiddir. Vergi itkisinə yol açan e-idxal iqtisadiyyata, xüsusi olaraq da elektron, tekstil, ayaqqabı və çanta, oyuncaq, hədiyyə, qiymətli zinət əşyaları, brilyant, aksessuar sektorlarının fəaliyyətinə mənfi təsir göstərir.

Fərdi elektron idxalın əsasən Çindən daxil olduğunu bildirən Türkiyə Həmkarlar və Birjalar Birliyinin e-ticarət məclisinin üzvü Cenk Çiydemli diqqəti bu problemə yönəldərək bildirib ki, ədalətsiz rəqabət aradan qaldırılarsa, bu sektorların əlavə dəyəri də artar. Poçtla göndərilən bir çox ticarət məhsullarından vergi tutulmadığını vurğulayan C.Çiydemli bəzi məhsulların xaricdə Türkiyə ilə müqayisədə daha ucuz olduğu üçün vətəndaşların həmin malları internet üzərindən almağa üstünlük verdiklərini bildirib: “Ancaq bu məhsullar məktub statusunda gətirildiyi üçün onlar idxal məhsuluna aid edilmir və nəticədə vergi itkisinə yol açır. Bundan əlavə, ölkədə həmin məhsulların istehsalı ilə məşğul olanlara ziyan vurur, yerli istehsalçının bazardakı payı azalır. Xarici internet saytlarından qiymətli zinət əşyaları, qızıl, brilyant gətirənlər var. E-idxalatda vergi tənzimləməsi yerli istehsalçıların bazardakı payının artmasına müsbət təsir göstərə bilər”.

Yerli mütəxəssislərin hesablamalarına əsasən, 2018-ci ildə Türkiyəyə məktub formasında gətirilən məhsulların ümumi dəyəri 3 milyard avrodan artıq olub. Kənardan gətirilən hər hansı malın qiyməti 22 avrodan artıq təşkil etdikdə ona gömrük vergisi tətbiq olunur. Çin firmaları bu vergini ödəməmək üçün hətta 100 avroluq məhsulların da qiymətini 22 avrodan aşağı göstərirlər. 

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər