Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər edililib.
Banker.az xəbər verir ki, bu dəyişikiyi Baş nazir Novruz Məmmədov imzalayıb.
Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilməsi bildirilir:
1.1. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
“1.1-1. Bu Qaydalar daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.”;
1.2. 1.3-cü bənddə “Daşınmaz və daşınar” sözləri “Daşınar” sözü ilə əvəz edilsin;
1.3. 2.1.1-ci yarımbənddən “daşınmaz və” sözləri çıxarılsın.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı bu Qərar qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir.