10 C
Baku
Thursday, December 12, 2024

“Huawei” “sürücüsüz işləyən ilk “ağıllı” avtomobilini təqdim edəcək

“Yicai Global” nəşrinin məlumatına görə, Çinin “Huawei Technologies” şirkəti Şanxay avtosalonu çərçivəsində “Dongfeng Motor” adlı yerli avtomobil istehsalçısı ilə birgə hazırlanmış öz ilk “ağıllı” avtomobilini təqdim etməyə hazırlaşır.

Layihənin təfərrüatları ilə tanış mənbələr bildiriblər ki, nəqliyyat vasitəsi sərnişinlərin hərəkət zamanı informasiya əldə etməsi üçün “5G” şəbəkəsi və “bulud” funksiyalarını dəstəkləyəcək.

Cari ayın əvvəlində “Huawei” və “Dongfeng” şirkətləri Xubey əyalətində Syanyan şəhərinin səlahiyyətli nümayəndələri ilə razılaşma imzalayıblar. Partnyorlar 450 milyon dollar məbləği müqabilində avtonom avtomobil və bulud xidmətləri əsasında sərnişinləri sürücüsüz daşımağa və “5G” şəbəkəsində daimi informasiya mübadiləsi sayəsində tıxac və qəzalardan xilas olmağa imkan verən nəqliyyat platforması hazırlamağa söz veriblər.


©ICTnews

Son xəbərlər
Digər xəbərlər