Dünyanın ən yaxşı 5 biznes kitabından biri olan Çin hərb nəzəriyyəçisi və strateqi Sun Tzu tərəfindən yazılan “Hərb sənəti” (Art of War) kitabından bəzi önəmli sitatlar :
- Yalnız müharibənin vurduğu ziyanları axıra qədər yaxşı bilən adam onu xeyir gətirəcək üsulla apara bilər.
 - Bütün hallada düşmənlə vuruşub onu döyüşdə məğlub etmək ən yaxşı nəticə deyil,ən yaxşı nəticə düşmənin iradəsini və müqavimətini vuruşmadan qırmaqdır.
 - Öz qəzəbinni idarə edə bilməyən sərkərdə əsgərlərini qaynaşan qarışqa topası kimi hücuma göndərəcək.
 - Bacarıqlı insan döyüşsüz qalib gəlir
 - Əgər gücün on dəfə çoxdursa. Mühasirəyə al. əgər beş dəfə çoxdursa ordunu ikiyə böl. Güclər bərabərdirsə vuruşa bilərsən, bir az zəifdirsə yan keç.
 - Üç halda uğursuzluq olur: bacara bilməyəcəyini bildiyin halda hücum, şəraiti nəzərə almadan idarə, heç kimə fərq qoymadan əmr
 - Qərarsızlıq və inamsızlıq qələbəni əldən çıxarır.
 - Məğlub olma ehtimalını aradan qaldırıb, məğlub etmə imkanını gözləmək
 - Əsl sərkərdə əvvəl qalib gəlir, sonra döyüşə girir, məğlub olacaq sərkərdə isə əvvəl döyüşə girir , sonra qələbə axtaır.
 - Qərarın keyfiyyəti qızılquşun öz qurbanı üzərinə şığıyıb onu alması kimidir.
 - Yaxşı döyüşçü hücumda cəld , qərarı tez verəndir.
 - Güc yayın dartılmasına bənzəyir; qərar, oxun buraxılmasına
 - Rəqibi özünlə çox diqqətlə müqayisə et, hansı yerdə artıq, hansı yerdə əskik olduğunu öyrən
 - Sənə qələbə gətirmiş bir taktikanı ikinci dəfə təkrar etmə. Metodlarısa müxtəlif variantlarda istifadə et
 - Planların qaranlıq gece kimi görünməz olsun
 - Çılğınlıq fəlakətə, qorxaqlıq təslimçiliyə,aparır
 - Çayı keçəndən sonra oradan uzaqlaş
 - İtaətli danışıq hücum, kəskin danışıq geri çəkilmə anlamındadır
 - Insanpərvərcəsinə rəftar edib, dəmir intizam tələb etmək
 - Irəli gedərkən şöhrət haqqında düşünmə, geri çəkilərkən rüsvayçılıqda qorxma .
 
Qələbə qazanmağın 5 əsas şərti var:
- Nə vaxt döyüşmək və nə vaxt döyüşməmək lazım olduğunu bilmək
 - Üstün və zəif gücü necə istifadə etmək lazım olduğunu bilmək
 - Bütün heyəti eyni ruh ilə irəli aparmaq
 - Rəqibi hazırlıqsız yaxalamaq
 - Özünü və düşmənini tanıyırsansa qələbən sübhə doğurmur
 
Müəllif:
Aliyə Nuruyeva

                                    




