2019-cu ilin 1 mart tarixinə əsasən Azərbaycanda 1 mln. 534,3 min nəfər insan iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlətdə çalışan işçilərin sayı 2,5% azalıb, özəl sektorda çalışanların sayı isə 6,4% artıb. 1 mart 2019-cu il tarixinə dövlətdə işləyənlərin ümumi sayı 865,3 min nəfər olub, ötən ilin eyni dövründə isə bu rəqəm 887,9 min nəfər idi.
![Azərbaycanda dövlətdə çalışanların sayı azalır, özəldə artır [infoqrafik] 1 cds](https://banker.az/wp-content/uploads/2019/04/cds.png)
Özəldə isə ən çox azalma su təcihazı, tullantıların təmizlənməsi və emalı sahəsində baş verib – 3,2%. Özəldə çalışanların ən çox artım qeydə alındığı iqtisadi sahə isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatıdır – 40%.


![Azərbaycanda dövlətdə çalışanların sayı azalır, özəldə artır [infoqrafik] 2 3423423 copy](https://banker.az/wp-content/uploads/2019/04/3423423-copy.png)





