Müasir dövrdə nağd puldan imtina edən insanların sayı get-gedə artmaqdadır. Əgər siz hələ də kağız pulun tərəfindəsinizsə, dərhal bu məqaləni oxuyun!
1. Kart xərclərə nəzarət etməyə kömək edir
Mağazada ödəniş əməliyyatları üçün istifadə edilən terminallar xüsusi MCC koda malik olurlar. Bu kod mağazanın aid olduğu kateqoriyanı bildirir: supermarket, kafe və restoranlar, geyim mağazası və s. Bank proqramlarının çox hissəsi alış-verişinizi analiz etdikdən sonra, aylıq xərcinizi qrafik və diaqram şəklində təsvir edirlər.
2. Kart vasitəsilə pulu “xilas” etmək daha asandı
Cüzdan oğurlandığı halda, onun içinə qoyduğunuz pul ilə vidalaşa bilərsiniz. Kart ilə isə hər şey bu qədər asan deyil. Birincisi, kartdan pulu çəkmək üçün pin-kod tələb olunur. İkincisi, banka müraciət edərək kartınızı istədiyiniz an blok edə bilərsiniz.
3. Kart daha gigiyenikdir
Kağız pulların təxminən 42%-i patogenlərlə çirklənib. Bu, təəccüblü deyil, çünki eyni əskinasa minlərlə insan toxunur. Karta isə yalnız siz özünüz toxunursunuz (və ya ümumiyyətlə toxunmursunuz, əgər smartfonlarla ödəniş etməyi sevirsinizsə). Eyni zamanda kartı dezinfeksiya da etmək olur.
4. Kart ilə aldatmaq çətindir
Çox vaxt mağazada 22.90, 39.90 və s. bu kimi qiymətləri görə bilərsiniz. Əlbəttə ki, müəyyən hallarda qiymətlər müştərinin xeyrinə yuvarlaqlaşdırılır, amma bu sizi “yalan” dan xilas etməyəcək.
5. Kart sizin vaxtınıza qənaət edir
Kommunal xərclər və digər bu kimi xərcləri kart vasitəsilə ödəmək daha rahatdır. Müasir dövrdə siz növbədə durmalı deyilsiniz. Beləliklə, həm öz vaxtınızı, həm də kassirin vaxtını qənaət etmiş olursunuz.
6. Saxta əskinaslara rast gəlmək ehtimalının olmaması
Bu məntiqlidir: əskinaslardan istifadə etmirsiniz – saxtakarlıqla üzləşmirsiniz.
7. “Cash back” funksiyası
“Cash back” funksiyası (məbləğin müəyyən hissəsinin geri qaytarılması) yalnız kartda vardır.
8. Kart sizə pul yığmağa kömək edir
Müasir dövrdə demək olar ki, bütün kartlarda qalıq məbləğə hesablanan faiz var. Əlbəttə ki, bu qalıq çox da böyük deyil. Bundan başqa, bank proqramları vasitəsilə daha yüksək faizli hesab aça bilərsiniz.