11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan bazarına 2 yeni BOKT daxil olur

Azərbaycanda nizamnamə kapitalı 300 min manat olan iki yeni BOKT (Bank olmayan kredit təşkilatı) yaradılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata əsasən, yeni yaradılan kredit təşkilatlarının adı BOKT “Uğur” MMC“Mj Financial Services” BOKT MMC-dir .

BOKT “Uğur” MMC-nin qanuni təmsilçisi Qurbanov Sai Firdovsi oğlu və Müşahidə Şurasını isə Hacıyev Əhməd Yaşar oğlu, Nağıyev Fərid Camal oğlu və Hacıyev Ramin Xasay oğlu təmsil edəcəklər.

Digər “Mj Financial Services” BOKT MMC-nin isə qanuni təmsilçisi Mədəd Namiq oğlu Rüsrəmovdur.

Xatırladaq ki, Azərbaycanda hazırda 43 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər