20 C
Baku
Tuesday, October 1, 2024

Marketing instrumentarisi [bloq]

Marketinq instrumentarisi( kompleksi)-bu , satışa təsir edə biləcək vasitə dəstidir. Ənənəvi siyahıya bunlar daxildir; məhsul, qiymət ,yer və irəliləyiş. Belə demək olarsa “ dörd P” (uyğun ingilis sözlərinin ilk hərifləri  “product”, “price”. “place”, “promotion”). Yalnız “ dörd P” siyahısı lap evvəldən dəyişikliklər üzrə çoxlu suallar doğururdu.

“Dörd P” satışın əsas hərəkətverici qüvvəsi kimi bir-birini əvəzləyə bilər .Məsələn, diller on ticarət agentliyinin köməyi ilə adi qiymətə avtomobil satırdı. Satış bərbad vəziyyətdə idi. Sonar o , ticarət agentliklərinin ştatını 5 nəfərədək azaltdı, eyni zamanda avtomobillərin qiymətini də aşağı saldı.Uğur gözləniləndən də böyük oldu.Beləcə Amazon firmasının rəhbəri Cekk Bezons reklam xərclərinin və kitabların qiymətini azaltdıqdan sonar satışın həcmi kəskin sürətdə artdı. “Dörd P”-ni onların qarşılıqlıqlı aslılığı ucbatından düzgün quraşdırmaq çətindir.

Marketinq alətləri malın həyat dövriyyəsinin mərhələsinə uyğun seçilir. Məsələn, reklam və təbliğatçı materiallar məhsulun və ya xidmətin bazara çıxarılmasında əla effect verəcək. Alətlər seçiminə şirkətin ölçüsü də təsir edir.bazarın liderləri əsas vurğunu reklama yönəltməyi özlərinə rəva görə bilərlər, əvəzində satışın stimullaşdırılmasına az diqqət ayırırlar. Daha xırda oyunçular əksinə edirlər.

İstehlakçı bazarda işləyən şirkət marketoloqlar reklamı şəxsi satışdan üstün tuturlar. Korporativ müştərilərlə iş zamanı xüsusi önəm, əksinə şəxsi satışa verilir. Istehlakçılarla iş zamanı itələmə strategiyası quran marketoloqlar şirkətin satış üzrə menecerlərinin pərakəndə satıcıları , dillerləri satəş malını son istifadəçıdən almalarına inandırmalıdırlar.

Marketinqin işləməsi üçünmarketinq alətləri dəstinin kompleks idarəsini təşkil etmək zəruridir. Təəssüf ki, bir çox şirkətdə bu, çətin başa gəlir,belə ki, müxtəlif alətlərə görə müxtəlif adamar , ya da şöbələr cavabdehlik daşıyır.

Filipp Kotler-in kitabından

Aliyə Nuruyeva

Son xəbərlər
Digər xəbərlər