13 C
Baku
Sunday, November 24, 2024

“40-30-30” qaydası: nəyə görə risk etmək lazımdır

Peşəkar və həvəskar idman komandalarının istifadə etdiyi bir çox strategiyalar, biznes və şəxsi həyat sahələrində də tətbiq oluna bilər. Xizək yarışması sayəsində öyrəndiyim dərslərdə biri “40-30-30” qaydası olmuşdur. İlk başlarda təlim zamanı mümkün qədər tez hərəkət etməyə çalışırdım və yıxılmamaq üçün əlimdən gələni edirdim. Xizək tramplini ilə toqquşandan sonra, məşqçi mənə əsas şeyi anlamadığımı söylədi. O, mənə başa saldı ki, xizək yarışında uğurun bədən tərbiyəsindən asılılığı cəmi 40% təşkil edir. Digər 60% isə fiziki hazırlıqdan asılı deyil. Onlardan 30% texniki bacarıqlar və təcrübə, o biri 30% isə risk etmək istəyinin payına düşür.

Xizək yarışlarından danışırıqsa, bu, dik yamaclarda balans saxlamaq, kəskin döngələri nəzərə almaq və xizəyin xarici kənarına düşən təzyiqdən qaçmaq lazımdır. Məşqçi mənə izah etdi ki, əgər gün ərzində heç olmasa bir dəfə yıxılmadımsa, demək çox da yaxşı məşq etməmişəm. Bəli, hər hansısa işdə uğur qazanmaq üçün, komfort zonasından çıxmağınız tələb olunur. Kulturistlər bunu buna “ağrılı dövr” adını verib. Cəhd edib mübarizə aparsanız və öyrənsəniz, öz nəticələrinizi yaxşılaşdıra bilərsiniz. Bu, sadəcə olaraq, araşdırılmamış ərazilərin kəşfidir.

Və bu sınaqdan keçəndən sonra, başlanğıcda nə üçün bu qədər qorxaq olduğumuzu başa düşə bilmirik

Belə bir qorxunun mövcud olması, heç bir şübhə doğurmur. Psixoloq Daniel Gilbert qeyd edir ki, uğursuzluğun öhdəsindən gəlmək daha asandı, nəinki gözləmə mərhələsində dayanmaq. Onun tədqiqatında deyilir: “Adətən insanlar uğursuzluq ucbatından yaşadıqları hissləri, narahatlıqları və onların davamlılığını çox şişirdirlər” . Başqa sözlə desək, “biz gələcək bədbəxtçilik qarşısında əzabımızın dərinliyini və müddətini uzadırıq”.

Fikrimizi bizim üçün vacib olan bacarıqların təkminləşdirilməsi üzərində cəmləşdirəndə, vacib olan hər bir şeyi fəaliyyət, təcrübə və risk hesabına əldə edirik.  Gilbertə görə, “hər şeyin sonunda müxtəlif yaşda olan insanlar etdikləri işlərə görə deyil, daha çox etmədikləri işlərə görə heyfsilənirlər”

Bəzi peşələrdə, məsələn, maliyyə xidmətləri və ya səhiyyə sahəsi ilə bağlı olan peşələrdə, özünü sığortalamaq üçün “yeddi ölç, bir biç” qaydasından istifadə etmək daha məqsədəuyğundur. Bir işdə uğur əldə etmək istəyirsinizsə, fikrinizi yaradıcı inkişafın son 30% üzərində cəmləşdirin.

Son xəbərlər
Digər xəbərlər