2 C
Baku
Saturday, December 14, 2024

Milyonerlərin baş götürüb qaçdığı TOP-9 ölkə

Bir çox insan yaşadığı yeri dəyişərək istədiyi yerə köçüb, məskunlaşmaq arzusundadır. Lakin bu, elə də asan deyil. Başqa ölkəyə köçmək üçün insanın kifayət qədər maliyyə vəsaiti olmalıdır.

Ekspertlərin hesablamalarına əsasən, 2018-ci ildə dünyanın 108 milyoneri yaşadığı yeri dəyişib. Bu isə əvvəlki ilə (95 min milyoner) nisbətən 14% çoxdur.

Siyahının ilk pilləsində Çin qərarlaşıb. Ötən il 15 minə yaxın milyoner bu ölkəni tərk edib. Lakin buna baxmayaraq, Çin yeni milyonerlərin sayına görə dünya lideridir.

Reytinqin ikinci yerini isə Rusiya tutur. Bu ölkəni tərk edən milyonerlərin əsas səbəbi ölkə iqtisadiyyatının və biznes mühitin hazırkı vəziyyəti, həmçinin sanksiyaların biznesə təsiri olub.

Reytinqin ilk üçlüyünü Hindistan tamamlayır. Ötən il 5 mindən çox milyoner bu ölkəni tərk edib.

Milyonerlərin qaçdığı TOP-9 ölkə:

#

Ölkə

2018-ci ildə ölkədən gedən milyonerlərin sayı

1

Çin

15 000

2

Rusiya

7 000

3

Hindistan

5 000

4

Türkiyə

4 000

5

Böyük Britaniya

3 000

6

Fransa

3 000

7

Braziliya

2 000

8

Səudiyyə Ərəbistanı

1 000

9

İndoneziya

1 000

ONA

Son xəbərlər
Digər xəbərlər