Cari ilin 29 may tarixində Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Qazprombank ilə Əməkdaşlıq sazişinin imzalanması mərasimi baş tutmuşdur. Əməkdaşlıq sazişi PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous tərəfindən imzalanmışdır.
Qeyd edilən Əməkdaşlıq sazişi çərçivəsində tərəflər potensial əməkdaşlığın əsas istiqamətlərini, fərdi olaraq hər iki tərəf üçün prioritet olan kənd təsərrüfatı, nəqliyyat, logistika, rabitə və telekommunikasiya və s. sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsini müəyyən etmişdirlər. Hər iki Bank uzun-müddətli perspektivdə kapital bazarlarında, eləcə də qiymətli kağızlar ilə əməliyyatların aparılması və istiqraz ilə bağlı əməliyyatların təşkili sahəsində də tərəfdaşlıq etməyi nəzərdən keçirirlər. Əməkdaşlıq sazişi həmçinin ticarətin maliyyələşdirilməsi, sindikasiya kreditlərində iştirak və müştərək layihələr çərçivəsində zəmanətlərin təmin edilməsi fəaliyyətlərində də tərəflərin maraqlarını təsbit edir.
İmzalama mərasimində cənab Orucovun qeyd etdiyi kimi, PAŞA Bank iqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən ticarət və xidmətlər, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika kimi əsas sahələrin inkişafına böyük diqqət yetirir.
«PAŞA Bank və Qazprombank arasında bu sənədin imzalanmasının əsas məqsədi iki maliyyə təşkilatı arasında məhsuldar əməkdaşlığı inkişaf etdirmək və təcrübə və ən səmərəli yanaşmaların mübadiləsini həyata keçirməkdir. Əminəm ki, müxtəlif növ investisiya layihələrinin həyata keçirilməsi sahəsində tərəfdaşlığımız bazarın inkişafına müsbət təsir göstərəcək və ümumilikdə ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə öz töhfəsini verəcək» – deyə cənab Orucov öz fikrini tamamladı.
Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous isə qeyd etmişdir ki: «Qazprombank Azərbaycan şirkətləri ilə uzun-müddətli qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və sosial-iqtisadiyyat sahəsində bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. PAŞA Bank ilə əməldaşlıq sazişinin imzalanması qarşımızda ölkə infrastrukturunun kompleks şəkildə inkişafı üçün miqyaslı investisiya layihələrinin həyata keçirilməsi sahəsində yeni perspektivləri açacaq».