Böyük Britaniyanın baş naziri və Mühafizəkar Partiyasının lideri vəzifəsi uğrunda mübarizədən üç nəfər kənarlaşıb. “Sky News” xəbər verir ki, səsvermənin ilk turundan sonra 10 namizəddən 7-si ikinci tura keçib.
İkinci tura keçməyənlər sabiq əmək və pensiya işləri naziri Ester Makvey, sabiq maliyyə naziri müavini Mark Harper və ölkə hökumətinin parlamentin aşağı palatasındakı nümayəndəsi Andrea Ledsomdur. Onlar mühafizəkarlardan 17 səs toplaya bilməyiblər.
Səsvermənin nəticələrinə görə, sabiq xarici işlər naziri Boris Conson (114 səs) birinci olub. Onun ən yaxın rəqibləri hazırkı xarici işlər naziri Ceremi Hunt (43) və ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv (37) olub.
Xatırladaq ki, B.Consun, Osmanlı Dövləti dönəmində yazıçı və jurnalist olan Əli Kamalın nəvəsi olan Stanley Johnson-nun oğludur.