ABŞ-ın “Boeing” şirkəti baş vermiş son iki aviaqəzadan sonra nüfuzunu bərpa etmək üçün “737 Max” tipli təyyarələrin adının dəyişdiriləcəyini istisna etməyib.
Bu barədə “Bloomberg” agentliyi şirkətin baş maliyyə direktoru Qreq Smitə istinadən məlumat yayıb.
“Mən deyərdim ki, reputasiyanın bərpası üçün lazımi hər bir şeyi etməyə hazırıq. Əgər bu, brendin adının dəyişdirilməsi deməkdirsə, deməli, bu işlə də məşğul olacağıq. Bu baş verməsə belə biz prioritet məsələlərin həllinə çalışacağıq”, – Smet belə deyib.
APA