ABŞ-ın “General Motors” avtokonserni əfsanəvi brendini – “Hummer”i dirçəltməyi, bu brend altında elektromobillər istehsal etməyi planlaşdırır.
Bu barədə “Bloomberg” agentliyi yazır.
Hazırda “GM” elektrikli yolsuzluq avtomobilləri və pikapların siyahısına hansı modellərin daxil ediləcəyini götür-qoy edir.
Bundan başqa, avtokonsert “Chevrolet Suburban”, “Cadillac Escalade”, “GMC Sierra” və “Yukon” kimi populyar modellərin elektriklə işləyən variantlarının buraxılması perspektivini nəzərdən keçirir.
2023-cü ilə kimi şirkət 20 müxtəlif elektromobil buraxmağı planlaşdırır. Əvvəl minik maşınları, orta və kiçik krossoverlər, ardınca isə “yaşıl” yolsuzluq elektromobillərinin istehsalı nəzərdə tutulur.
oxu.az