Azərbaycana gətirilən avtomobillərin sayı 26 min ədəd azalıb

2026-cı ilin yanvar-avqust ayında Azərbaycan 955 milyon 360 min dollar dəyərində 48 398 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 31%, miqdar ifadəsilə 35% azalıb.

O cümlədən, 2025-ci ilin yanvar-avqust ayında isə Azərbaycana 1 milyard 381 milyon dollar dəyərində 74 481 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin ilk 8 ayında Azərbaycana minik avtomobillərinin idxalı 42 755 ədəd ikən, əvvəlki ildə 68 295 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 37.4% azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər