Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
“Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilsin”- deyə, sərəncamda deyilir.
Xatırladaq ki, Eyvazov bu günə qədər daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışırdı və Ramil Usubovu əvəzləyib. (ətraflı)