Yeni çağırış Avropa Parlamentinin sədri vəzifəsinə italiyalı sosial-demokrat David-Maria Sassoli seçilib.
Təşkilatın saytında bildirilidiyinə görə, səsvermənin ikinci turunun nəticələrinə əsasən, David Sassoli 345 səs toplayıb. Qələbə üçün deputatların 343-nün səsi lazım gəlirdi.
Florensiyadan olan 63 yaşlı sabiq jurnalist Sassoli 2009-cu ildən Avropa Parlamentinin deputatıdır. Vaxtilə təşkilatın vitse-spikeri vəzifəsində çalışıb.
Xatırladaq ki, səsvermənin bu gün səhər saatlarında keçirilən ilk raundunda dörd namizədin heç biri lazımı miqdarda səs yığa bilməmişdi.