Dövlət Reklam Agentliyi “Konnekt” MMC, “Yaşam” MMC və “Ş.Ş. Servis” MMC-ni açıq məkanda reklam yerləşdirməklə reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələməli olub.
Banker.az-ın xəbərinə görə, hər üç şirkət İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli biliniblər.
“Konnekt” Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, qərarda dəyişiklik edilməyib.
Digər “Yaşam” MMC 5000 manat, “S.Ş Servis” MMC isə 7000 manat cərimələniblər. Hər iki şirkətin cərimələnməsi ilə bağlı məsələyə apeliyasiya məhkəməsində baxilir.
Qeyd edək ki, 428.7.1 -ci maddədə qeyd edilir ki, müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.