2019-cu ildə dünyada ən çox “Instagram” istifadəçisinin olduğu ölkə Amerika olub. 110 milyon istifadəçi ilə. Siyahıda lider olan Amerika ən yaxın rəqibindən demək olar ki, 2 qat fərq ilə öndə olub.
“Statista”nın məlumatlarına görə, siyahıda ən çox “Instagram” istifadəçisi olan ikinci ölkə 66 milyon istifadəçi ilə Braziliya, 64 milyon istifadəçi ilə Hindistan üçüncü olub.
Siyahını İndoneziya, Rusiya, Türkiyə, Yaponiya, İngiltərə, Meksika, Almaniya davam etdirib. Qonşu ölkə Türkiyə siyahıda 6-cı olub. Bu ölkədə “Instagram” istifadəçilərinin sayı 34 milyondur.
Qeyt etmək yerinə düşər ki, 2019-cu ildən bu günə qədər “Instagram” ilə bağlı olaraq mediada 12 348 yazı dərc edilib. Bildirilir ki, “Instagram”ın like gizlətmə funksiyasını yeddi ölkədə aktivləşdirməsi, son günlər ən çox müzakirə olunanlardan olub.
©Facemark.az