Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinə (MHM) yeni təyinat olub, bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, MHM-nin İcraçı Direktoru müavini vəzifəsinə Samir Səmədov təyin edilib.
S.Səmədov vəzifəsinin icrasına iyul ayında başlayıb.
Buna qədər, yəni, 2015-ci ilin avqustundan 2019-cu iliniyul ayına qədər “Ziraat Bank Azərbaycan”da İnformasiya və Texnologiyalar Departameninin direktoru vəzifəsində çalışırdı.
Daha əvvəl isə “Azerikart” MMC-də eyni sahə üzrə müxtəlif dahələrdə çalışıb.