14 C
Baku
Sunday, November 24, 2024

Verginin hesablamalarında səhv olarsa, sübut etmə faktı kimin üzərinə düşür? [BLOQ]

BLOQ YAZI – RAUF QARAYEV/ Qeyd edim ki, son zamanlar belə problemlərin sayı həddən artıq çoxalıb. Misal üçün bu yaxınlarda Qaxda yaşayan Fərhadov Nofər Fərrux oğlu qeyd edir ki, Qax rayonunun Güllük kəndində kənd təsərrüfatı ilə məşğulam və burada yaşayıram.

Təsərrüfatda əkinçilik və heyvandarlıqla məşğul oluram .2018 dördüncü rübündə CPC MMC- yə özümə məxsus torpaqlarda əkib becərərək əldə etdiyim qarğıdalını xammal şəklində satmışam. 2019 ilin may ayında xəbərdarlıq gəlmədən zəng olunmadan qeydiyyatda olduğum ünvana heç bir məktub gəlmədən banklardakı hesablarıma sərəncam qoyulub ki mənim vergi borcum var .bu haqda xəbər tutan kimi dərhal dəqiqləşdirilmiş bəyannamə verərək bir neçə məktubda ünvanlımışam. Təəssüflər olsun mənim müraciətlərinə laqeyd yanaşılır və kiçik bir məsələ uzadılır. Bəs sübut etmə faktı kimin üzərinə düşür?

Vergi Məcəlləsinin 24.0.1. maddəsində qeyd edilir ki, vergi orqanlarının vəzifələrindən biri də vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməkdir.

Vergi Məcəlləsinin 53.3 maddəsinə əsasən Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.

Maddə 94. Sübut etmək vəzifəsi

94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:

94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının;

94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

Yuxarıdakıları nəzərə alsaq burada tam açıq aydın şəkildə 53.3 maddəsində qeyd edilir ki, bu yük vergi orqanının üzərinə düşür.

Son xəbərlər
Digər xəbərlər