8 C
Baku
Thursday, December 25, 2025

“Enginet” nizamnamə kapitalını 35% azaldır

“Enginet” və ya rəsmi adı ilə “Enginet İnvest” MMC-nin nizamnamə kapitalı 35 faizdən çox azlatmalı olub.

Banker.az xəbər verir ki, bu barədə Şirkətin elanında bildirilir.

“”Enginet İnvest” MMC nizamnamə kapitalının 6,800,100.00 manatdan 4,390,100.00 manata azaldığını elan edir.”- deyə, elanda bildirilir.

“Enginet İnvest” MMC 8 Yanvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Samir Qaçay oğlu, hüquqi ünvanı isə Bakı, Yasamal rayonu Mirəli Seyidov ev 20 C, məhəllə 3148, m. 82-dir.

Şirkətin saytında yazılanlara görə, “Enginet” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən telekommunikasiya xidmətləri təchizatçısıdır. Həmçinin şirkət “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. “BİRLink” FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

“ENGİNET” MMC Yasamal Yaşayış Kompleksi ərazisində telefon, televiziya və internet xidmətləri göstərir. Bu şirkət tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1 milyon manat həcmində investisiya qoyuluşu edilib.

Son xəbərlər
Digər xəbərlər