BLOQ YAZI – RAUF QARAYEV/ Əmək müqaviləsi iki tərəfin razılığı ilə rəsmiləşdirilir. Bəs niyə işçi əmək müqaviləsində 300 manat maaş almağa razıdır. Amma reallıqda 800 manatdır. Buna qanun heç nə edə bilməz. Yalnız bu fakt aşkar olunaraq sübuta yetirildiyi halda tədbir görülür. Bunun səbəbləri çoxdur. Ən əsası isə, pensiya yaşı ilə bağlıdır. Pensiya yaşı 50-55 olsa o halda bu halla razılaşmaz.
Məsələ orasındadır ki, özəl sahədə işə götürməkdə hədd qoyulur. Misal olaraq 25-30 yaş. Yaş 30-dan yuxarı olduqda işə götürmürlər. Yəni formal olaraq kişi və ya qadın 30-dan sonra dövlət işinə üz tutmalıdır. Çünki burada yaş həddi 65-dir yəni pensiya yaşına uyğun. Amma dövlət strukuturlarında da, iş yeri çox deyil ki, hamı ora üz tutsun. Nəticə etibarı ilə şəxs məcburdu, təsərrüdat sahəsi ilə məşğul olsun. Bacarmayanlar isə günlərini qohumların hesabına yola verirlər. Odur ki, bu məsələnin həllində pensiya yaşı azaldılmalıdır ki, şəxs maraqlı olsun ki, o ən azı 35 il yox, 20 ildən sonra pensiya çıxacaq.
Qeyd etdiyim məsələ sadəcə faktorlardan biridir.
Ardı var…
İqtisadçı-ekspert Rauf Qarayev